Şəhər sakinləri arasında basketbol və boks yarışları keçirilib

Birinci Avropa Oyunları ilə əlaqədar Bakının mərkəzində - Fəvvarələr meydanında “Dostlarla Oyunlara” şüarı altında mövbəti maraqlı aksiya keçirilib.

Aksiya çərçivəsində gənc idmançılar şəhər sakinləri arasında yarış təşkil ediblər. Basketbolçular və boksçular idmanın bu növünə maraq göstərən sakinlərə öz güclərini sınamaq imkanı yaradıblar.

Aksiya şəhər sakinlərinin böyük marağına səbəb olub. Yüzlərlə şəxs aksiyaya qoşularaq idmançılarla birgə birinci Avropa Oyunlarına dəstəklərini ifadə ediblər.

Paytaxtın sakinlərinin və qonaqlarının iştirakı ilə keçirilən yarışın qalibləri “Bakı-2015" birinci Avropa Oyunlarının basketbol və boks yarışlarına biletlər qazanıblar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında