Natalya VOROBYOVA: Bakıya yalnız qələbə dalınca gedirəm

“Bakıya yalnız qələbə dalınca gedirəm, “London-2012”  Olimpiya Oyunlarının güləş üzrə çempionunun başqa məqsədi ola da bilməz”. Rusiyanın “Sovsport” saytının verdiyi məlumata görə, bu fikirləri Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rusiyalı iştirakçısı Natalya Vorobyova söyləyib.

Onun sözlərinə görə, bütün qitələrin belə oyunları var, artıq Avropa da özünün oyunlarını keçirməyi qərara alıb. “Birinci Avropa Oyunlarının keçirilməsi üçün Bakının seçilməsi isə xüsusilə əlamətdar hadisədir. Hər halda, Bakı bizim üçün, Rusiya komandasının hər bir üzvü üçün əziz şəhərdir. Burada, eləcə də Azərbaycanın bütün rayonlarında gözəl stadionların, idman infrastrukturunun tikilib istifadəyə verildiyi barədə məlumatımız var. Bakıda birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş Olimpiya stadionu isə özünün cazibədarlığı ilə seçilir. Mən bu gözəl şəhərdə indiyədək iki dəfə mübarizəyə qoşulmuşam. Bakıda yenidən yarışlara qatılmaq mənim üçün ən şərəfli vəzifədir”, - deyə Natalya Vorobyova bildirib

Olimpiya çempionu “Bakı-2015” Oyunları ərəfəsində özü ilə bağlı bir sirrin üstünü də açmalı olub. “Bilmirəm, bilən varmı, mənim atam ləzgidir, o, Qusar rayonunda anadan olub. Bu rayon isə Azərbaycanın ərazisidir. Ona görə də Avropa Oyunları başa çatdıqdan sonra tarixi vətənimə getməyi və onunla daha yaxından tanış olmağı planlaşdırıram. İnanıram ki, azərbaycanlı idmansevərlər də mənə azarkeşlik edəcəklər “, - Vorobyova əlavə edib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında