Elşad NƏRİMANOV: Avropa Oyunları ölkənin hər yerində bayram əhval-ruhiyyəsi yaradıb

Tarixdə  ilk  dəfə  keçiriləcək Avropa Oyunlarının təşkilatçısı olmaq Azərbaycanın böyük uğurudur. Artıq  neçə illərdir ki, respublikamızda idmanın ayrı-ayrı növləri üzrə çox mötəbər yarışlar –  dünya  və  Avropa  çempionatları,  Olimpiya təsnifat turnirləri, “Qran-pri”lər yüksək  səviyyədə təşkil olunur. Avropa Olimpiya Komitəsinin  üzvləri Bakını birinci Avropa Oyunlarının paytaxtı seçərkən ilk  növbədə mötəbər beynəlxalq yarışların  keçirilməsində  bizim böyük təcrübəmizi nəzərə almışlar.

İndi qitənin  ən  yaxşı atletlərini  qəbul  edəcək  idman komplekslərimiz  qısa bir  zamanda inşa  olunmuşdur. Hamısı  da beynəlxalq standartlara tam  uyğun şəkildə. Mən beynəlxalq dərəcəli hakim, ölkə Gimnastika  Federasiyasının intizam komissiyasının üzvü kimi Milli Gimnastika Arenasında bir sıra  yarışların, o  cümlədən  martda Avropa  ölkələri  təmsilçilərinin  iştirakı ilə  keçirilmiş  Avropa Oyunları qarşısında sınaq turnirinin gedişini izləmiş və  qonaqların bu sarayda necə böyük  həvəslə  yarışdıqlarının şahidi olmuşam.  Qəti şəkildə deyə bilərəm ki, Milli Gimnastika Arenası  idmanın bu növünün  nümayəndələri  üçün  dünyada  yeganə  kompleksdir ki,  məşq  və  yarışlar üçün  hər  cür  şəraiti var.

Federasiyamızın prezidenti Mehriban xanım Əliyevanın  başçılıq  etdiyi Avropa  Oyunları Təşkilat Komitəsinin müxtəlif ölkələrdə  keçirdiyi  və  mən  deyərdim ki,  dünyada analoqu olmayan təqdimat mərasimləri,  eləcə  də respublikamızın  hər yerində yüksək  səviyyədə  təşkil edilən  məşəl  estafetləri əsl  bayram əhval-ruhiyyəsi yaratdı və  bu  tədbirləri görəndə böyük  qürur  duyurduq.

Oyunlarda Azərbaycan  idmançılarının  çıxışlarından gözləntilərimə  gəldikdə,  proqrama  daxil olan bütün  20  növ üzrə  yarışlara səylə, qüvvələrini əsirgəmədən  hazırlaşan  atletlərimiz,  məncə, ümidləri doğruldacaq və  ilk Avropa  Oyunlarının  medalları  uğrunda  mübarizədə  layiqli  nəticələrə  nail olacaqlar.  Yaranmış imkandan  istifadə  edərək Avropanın  ən yaxşı idmançılarının rəqabətində  həmvətənlərimə çoxlu  qələbə sevinci  arzulayıram.

Söhbəti qələmə aldı:
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında