BELTA: Bakı yaxın vaxtlarda Yay Olimpiya Oyunlarını keçirmək uğrunda mübarizəyə qoşula bilər

Belarus Teleqraf Agentliyi (BELTA) bu ölkə atletlərinin “Bakı – 2015" birinci Avropa Oyunlarına  hazırlığı, onların qarşısında duran vəzifələr haqqında növbəti material hazırlamışdır. Həmin yazıdan bəzi  məqamlarla  siz də  tanış olun:

“Birinci Avropa Oyunlarının  bütün günləri ərzində idman meydanlarında iştirakçı  və azarkeşləri rəsmi talismanlar Ceyran və Nar əyləndirəcək. Onlar  Azərbaycanın gözəl təbiətinin, zəngin mədəni  irsinin simvollarıdır  və öz yaradıcılarının fikrincə,  ölkənin böyük  keçmişini və çox şey vəd edən gələcəyini əks etdirir.

Azərbaycan paytaxtı birinci Avropa Oyunlarına geniş miqyaslı  hazırlıq  və dəqiq  təşkilati işlərlə göstərir ki,  gələcəkdə Bakı Yay Olimpiya Oyunlarını qəbul etməyə hazırdır. Bu şəhər Olimpiada keçirmək uğrunda  mübarizəyə yaxın vaxtlarda qoşula bilər.

Bakı qarşıdakı Avropa Oyunları ilə yaşayır. İdman bayramı, şübhəsiz, yaxşı alınmışdır. Bunun üçün Azərbaycanda xeyli səy göstərilmiş  və  vəsait sərf olunmuşdur. Belarus  idmançıları bir sıra  növlərdə həqiqətən qələbəyə əsas  namizədlərdəndir. Onlar  küləklər və odlar şəhərinin  idman meydanlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa qadirdirlər".

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında