Yaqub ABDULLAYEV: Samboçularımız medal şanslarından maksimum istifadə edəcəklər

I Avropa Oyunlarının proqramına daxil edilən 4 qeyri-olimpiya idman növündən birinin sambo olması təsadüfi deyil. Digər döyüş növləri kimi, ölkəmizdə bu idman növünün coğrafiyası kifayət qədər genişdir və zəngin ənənələri var. Samboya Avropada da maraq böyükdür. Deməli, yarış gərgin rəqabət şəraitində keçəcək.

Samboçularımız I Avropa Oyunlarına baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında hazırlaşıblar. Y.Abdullayev uzun illik inkişaf tarixi olan sambonun “Bakı-2015"-in proqramına salınmasını ölkəmizdə bu növün daha da kütləviləşməsinə səbəb olacağını dedi.

Birinci Avropa Oyunlarında sambo üzrə yarışlarda qadınların 52 kq, 60 kq, 64 kq, 68 kq, kişilərin 57 kq, 74 kq, 90 kq, +100 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlarlarını bildirən baş məşqçi yığmanın tərkibində güclü idmançıların yer aldığını bildirdi: “Avropa, dünya çempionları İslam Qasımov və Amil Qasımov reytinqə görə dünyanın lider samboçularıdırlar. Dünya çempionatının gümüş mükafatçısı Kənan Qasımov, Avropa çempionatının iki dəfə bürünc mükafatçısı Vasif Səfərbəyova da böyük ümidlər bəsləyirik. Qadınlarımız da medal qazana bilərlər.

Əsas rəqiblərimiz Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Bolqarıstan komandalarının idmançıları olacaq. Bu ölkələrin təmsilçiləri dünya reytinqində ilk pillələrdə qərarlaşırlar. Yarışlarda iştirak edəcək idmançılarımızın medal şansları böyükdür. Əminəm ki, ilk dəfə keçiriləcək tarixi oyunlarda samboçularımız medal şanslarından maksimum istifadə edəcəklər”.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında