İspaniya Kralı VI Felipe idmançılara uğurlar arzuladı

İyunun 9-da  İspaniya  Milli Olimpiya Komitəsinin  saytında bu qəbul barədə yayılmış  xəbərdə bildirilir ki,  Kral VI Felipe iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək İspaniya nümayəndə  heyətinin  böyük  bir  qrupunu  qəbul edib.

Qəbulda həmçinin İspaniya Olimpiya Komitəsinin  prezidenti Alexandro Blanko, birinci vitse-prezidenti İsabel Fernandes, baş katibi Viktor Sançes, karate, atıcılıq  və güləş federasiyalarının  prezidentləri Antonio Moreno, Rodriqo De Mesa  və Angel Lopes-Roxo iştirak  ediblər.

Görüşdə Kral VI Felipe beynəlxalq meydanda yüksək  mövqelər tutmaq səylərinə görə idmançılara təşəkkürünü bildirib və onlara  qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Alexandro Blanko da öz  növbəsində  idmanın  və  olimpizmin xeyrinə qayğı  və diqqətinə görə Krala minnətdarlığını  bildirib.

Elə həmin  saytın bir gün əvvəl yaydığı başqa  bir  xəbərdə isə  diqqətə çatdırılıb ki, İspaniya idmançılarından  birinci   olaraq  Bakıya  iyunun 8-də sinxron  üzgüçülük ustaları,  kişi  və qadınlardan  ibarət vaterpol komandaları gəliblər.  Onlar  Atletlər Kəndində  yerləşiblər.  Bütün  yarış  müddətində  burada 50 ölkənin 6000-dən çox  idmançısı  yaşayacaq.

İspaniyalı  idmançılar və texniki  işçilər Atletlər Kəndinin  gözəlliyinə, burada yaradılan  şəraitə heyran qalıblar. Onlar  ertəsi gün, iyunun 9-da  qısamüddətli bərpa məşqləri etmiş, axşam isə  yarışa spesifik  hazırlığa başlamışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında