Mariya STADNİK: Üzərimizə böyük məsuliyyət düşür

Dünyanın tanınmış qadın güləşçiləri arasında ən ciddi rəqiblərdən biri olan Pekin Olimpiadasının bürünc, London Olimpiadasının gümüş medalçısı, dünya və 4 qat Avropa çempionu Mariya Stadnik Azərbaycanın güləş tarixinə adını qızıl hərflərlə həkk edib. “Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı qadın güləşinin inkişafı üçün geniş imkanlar yaradıb.Sürətli inkişafı ilə diqqət çəkən Azərbaycan dünyada, həm də güləş ölkəsi kimi tanınır. I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi biz idmançılarda qürur hissi yaradır. Avropanın ən güclü idmançıları Bakı arenasında qüvvələrini nümayiş etdirəcəklər”, – deyə Mariya Avropa Oyunları ilə bağlı fikirlərini bildirdi.

Güləşçi ən yüksək nailiyyətlərini ölkəmizdə qazandığını, Azərbaycanın sayəsində dünyada tanındığını da qeyd etdi. Dünyaya səs salan yüksək nailiyyətlərimi burada qazanmışam. Azərbaycanın sayəsində dünyada tanındım. I Avropa Oyunlarında üzərimizə böyük məsuliyyət düşür. Komandamız yaxşı formadadır. Hərtərəfli məşqlərimiz üçün hər bir şərait yaradılıb. Düşünürəm ki, bu ciddi sınağın öhdəsindən layiqincə gələrik”, - deyə Mariya bildirir.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında