Antonio Espinos ORTUETA: I Avropa Oyunları böyük idman hadisəsi olacaq

İlk Avropa Oyunlarına start veriləcək gün yaxınlaşdıqca həyəcan da artır. Həm bu möhtəşəm idman yarışında qalib adı uğrunda aparılacaq gərgin mübarizə,  həm də yüksək səviyyədə aparılan hazırlıq işləri, eyni zamanda, gündən-günə çiçəklənən Azərbaycanı görmək arzusu iştirakçıların səbrini getdikcə daraldır. Oyunlara hazırlıq işləri ilə yaxından tanış olan idman mütəxəssislərinin, həmçinin, beynəlxalq aləmdə tanınmış şəxslərin fikirləri ilk Avropa Oyunlarına marağı daha da artırıb.

Avropa Karate Federasiyasının prezidenti Antonio Espinos Ortuetanın fikrincə, yaxın günlərdə başlanacaq birinci Avropa Oyunları ilə qitəmizdə gözəl bir ənənəyə start verəcəyik: “ Bu ənənəyə  ilk olaraq Azərbaycandan başlamağın əsası var. Bu, əsl idman ölkəsidir. Son illər Olimpiya və dünya çempionatlarında Azərbaycan idmançıları çox yaxşı nəticələr göstəriblər. Ona görə də Azərbaycanın birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə heç bir şübhə ola bilməz. Bunu  Oyunlara hazırlığın yüksək səviyyədə təşkil olunması da  təsdiqləyir”.

Azərbaycanın  ciddi bir tədbiri möhtəşəm keçirməyə qadir olduğunu sübut etmək üçün çox gözəl şərait yaradıldığını bildirən Avropa Karate Federasiyasının prezidenti  yeni idman qurğularının inşasının yüksək keyfiyyətlə aparıldığını da qeyd edib: “Əminəm ki, birinci Avropa Oyunlarından sonra Azərbaycan və onun qüdrəti, bu ölkənin nəyə qadir olması haqqında ən  yüksək dairələrdə hələ çox danışılacaq”.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında