Abas ƏZİMOV: Biz veteranlar Avropa Oyunlarına görə ölkə rəhbərliyinə minnətdarıq

Sürətli inkişafı ilə dünyanın diqqət mərkəzində olan qüdrətli Azərbaycanımızda, tarixdə ilk Avropa Oyunlarının keçirilməsinə ən layiqli iddiaçı olduğunu inamla sübuta yetirmiş və gözəlliyi, müasirliyi əfsanəyə çevrilməkdə olan Bakıda indiyə qədər tayı-bərabəri olmamış idman bayramı günlərində bir veteran mütəxəssis kimi özümü xoşbəxt hesab edirəm.

Tale mənə uzun illər ərzində bir çox mötəbər yarışın, o cümlədən SSRİ xalqları spartakiadalarının gedişini işıqlandırmaq, 1980-ci ildə Moskvada XXII Yay Olimpiya Oyunlarının yüngül atletika yarışlarının hakimlərindən biri olmaq xoşbəxtliyi nəsib etmişdir. Belə genişmiqyaslı yarışların hamını razı sala bilməsi üçün nə kimi böyük işlər görüldüyünü yaxşı bilirəm.

İndi Bakının, bütün Azərbaycanın tarixdə ilk Avropa Oyunlarına necə hazırlaşdığını, qısa müddət ərzində inşa edilən bir-birindən əzəmətli idman obyektlərini görəndə sevincimi gizlədə bilmirəm. Bizə, idmanımıza, ölkəmizə bu sevinci bəxş etdiyinə görə öz adımdan, bütün idman veteranları adından dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

Biz veteranlar ona da əminik ki, Azərbaycan yığma komandası – güləşçilər, boksçular, bədii gimnastlar, taekvondo, cüdo, sambo  ustaları və digər növlərin nümayəndələri onlara göstərilən daimi dövlət qayğısına qarşıdakı çox məsul  sınaqlarda qələbə və medallarla cavab verəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında