Almaniyanın “Sport1.de” saytı: “Bakı-2015” Avropa idmanı üçün yaxşı başlanğıcdır

Almaniyanın yunan-Roma güləşi üzrə Avropa çempionu Frank Stabler Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında qızıl medal qazanmaq niyyətindədir.

İlk Avropa Oyunları ilə bağlı fikirlərini Almaniyanın “Sport1.de” saytı ilə bölüşən F.Stabler Bakıda əsl idman rəqabətinin olacağını bildirib. O deyib: “Mən qızıl medal uğrunda mübarizə aparacağam. Hesab edirəm ki, əsl idman mübarizəsi üçün Azərbaycandan daha yaxşı yer ola bilməz. Çünki Bakıda 12 min tamaşaçı qarşısında tatamiyə çıxacağıq. Biz güləşçilər meydanda olarkən həmişə qızğın atmosferin olmasını arzulayırıq. Almaniyada güləş çempionatlarının nadir hallarda 1000 nəfər tamaşaçısı olur. Ümid edirəm ki, Bakıda daha böyük atmosferlə qarşılaşacağam”.

Almaniyalı güləşçi “Bakı-2015" ilk Avropa Oyunlarını Avropa idmanı üçün yaxşı başlanğıc adlandırıb.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.sport1.de/europaspiele-2015/2015/06/stars-fuer-baku-ringer-frank-staebler-im-portraet

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında