Şərif ŞƏRİFOV: Bakı Avropa idmanı üçün əsl mərkəzə çevriləcək

“I Avropa Oyunlarının ab-havası paytaxtımızın misilsiz gözəlliyinə məxsusi əsrarəngizlik gətirib.

Artıq oyunların iştirakçıları və qonaqlar şəhərimizə gəlməyə başlayıblar. Avropa böyük maraqla oyunların start götürəcəyi anı gözləyir. Oyunların keçiriləcəyi günlər Bakı Avropa idmanı üçün əsl mərkəzə çevriləcək”. Bunu qəzetimizə açıqlamasında Olimpiya çempionumuz Şərif Şərifov dedi.

London Olimpiadasında xalqımıza qızıl medal sevinci yaşadan və bu böyük nailiyyəti ilə Azərbaycanın güləş tarixinə dəyərli töhfə verən tanınmış pəhləvanımız ilk Avropa Oyunlarında  idmançılarımızın tarix yazacaqlarına əminliyini bildirdi: “Son illər beynəlxalq arenalarda keçirilən mötəbər yarışlarda idmançılarımızın əldə etdikləri böyük nailiyyətlər Azərbaycanı idman ölkəsi kimi tanıdıb. Tarixi oyunlarda yüksək səviyyədə çıxış etmək üçün atletlərimizin geniş imkanları var. Əminəm ki, Azərbaycan komandası öz layiqli qələbələri ilə ilk Avropa Oyunlarında tarix yazacaq”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında