Yana KUDRYAVTSEVA: Bakıda maksimum nəticə göstərmək istəyirəm

Bədii gimnastika üzrə dünya çempionu Yana Kudryavtseva Bakıda keçiriləcək birinci Avropa Oyunlarında maksimum nəticə göstərmək niyyətindədir. TASS-ın verdiyi məlumata görə, gimnast bildirib ki, Bakıda çıxışı zamanı əsas vəzifəsi hazırlıq məşqlərində göstərdiyi nəticələri təkrarlamaqdır.

“Məşqçilərim heç zaman qarşımda birinci yeri tutmaq vəzifəsi qoymayıb. Bundan başqa, idmançılar özlərinin medal planları haqqında açıq danışmağa xoşlamırlar. Mən sadəcə maksimum nəticə göstərmək istəyirəm. Ancaq medallar haqqında hələ düşünmürəm”, - deyə Yana bildirib.

Y.Kudryavtsevanın sözlərinə görə, hələ ki, “Bakı-2015”-ə hazırlıqla bağlı heç bir problemi yoxdur, hər şey yaxşı gedir: “Mövsüm uğurla başlayıb. Biz proqramlarımızda yalnız o vaxt müəyyən dəyişikliklər edirik ki, mövsüm ərzində işlər qaydasında getməmiş olsun. Şükür ki, hələ hər şey qaydasındadır və Bakıya mövcud proqramımla gedirəm”.

Gimnast 2016-cı il Olimpiadasında Rusiya yığmasının iki yeri uğrunda mübarizədə rəqibləri haqqında da fikirlərini bölüşüb. “Bizim Rusiya yığmasında ehtiyatda olan çoxlu oyunçu var. Və əlbəttə, Rita Mamun və Saşa Soldatova 2016-cı il Olimpiadasına qazana biləcəyimiz iki mümkün yer uğrunda əsas rəqiblərim sırasındadırlar. Ona görə də rəqiblərimin heç birini yaddan çıxara bilmərəm”.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə turnir iyunun 17-dən 21-dək keçiriləcək.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında