Aleksandr YERIŞOV: Avropa Oyunlarının statusu çox yüksəkdir

Birinci Avropa Oyunlarında kişilərdən ibarət su polosu komandalarının turnirində çempionluğa əsas nazmizədlərdən biri, şübhəsiz, idmanın bu növündə yaxşı ənənələrə malik Rusiya yığması olacaq. Bu ölkənin vaterpol ustaları dəfələrlə beynəlxalq yarışların qalibi və mükafatçıları sırasında yer tutmuşlar.

Komanda indi Bakıya da mübariz əhval-ruhiyyə ilə gəlir. Onun baş məşqçisi Aleksandr Yerışov Rusiya Olimpiya Komitəsinin saytına müsahibəsində bu barədə belə deyib:

– Biz Avropa Oyunlarına birinci yeri tutmaq üçün gedirik. Komanda çox mübariz əhvaldadır. Qarşımıza ən ciddi vəzifə qoymuşuq. Bu yarışların statusu çox yüksəkdir. Hesab edirəm ki, Avropa Oyunları öz əhəmiyyətinə görə Olimpiya oyunlarına çox yaxın olacaq. Oyunların proqramına, əslində, bütün yay idman növləri daxildir. Ona görə də biz Avropa qitəsi ölkələrinin yenicə sahib olduqları beynəlxalq idman hadisəsinin əhəmiyyətini bir aydan sonra daha yaxşı başa düşəcəyik.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında