Baş katib: Avropa Oyunlarından ən azı iki qızıl medal qazanmaq niyyətindəyik

“Birinci Avropa Oyunlarında idmançılarımızın əksəriyyətindən yüksək nəticələr gözləyirik”. Bunu Trend-ə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov deyib.

Camalxanov bildirib ki, hazırda cüdoçularımız Göygöldə təlim-məşq toplanışındadırlar: “Bu, Avropa Oyunları ərəfəsində son təlim-məşq toplantısıdır. Bu məşqdən sonra idmançılarımız Bakıya qayıdacaq və hazırlıqlarını burada davam etdirəcəklər”.

E.Camalxanov vurğulayıb ki, idmançılarımız özlərini yaxşı hiss edirlər: “Ardıcıl olaraq Qran-pri turnirlərində cüdoçularımız Elmar Qasımov və Rüstəm Orucovun qızıl medallar qazanması onu göstərdi ki, idmançılarımız Avropa Oyunlarına tam şəkildə hazırdırlar. Onlar bu yarışlarda ən güclü rəqiblərini məğlub ediblər. Ona görə də bu idmançılara ümidlərimiz böyükdür. Ən azı, iki qızıl medal və digər əyarlı medallar qazanmaq niyyətindəyik”.

O, azarkeşləri də fəal və idmançılarımıza dəstək olmağa çağırıb: “Azarkeşlər idmançılara mənəvi güc, psixoloji stimul verirlər. Arzulayıq ki, azarkeşlər bütün idman növlərində idmançılarımıza dəstək olsunlar və onların qələbə sevincini yarış meydanında idmançılarla bərabər yaşasınlar”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında