Bir-birindən zərif qızların səmimi komandası

Səbinə Abbasova, Nigar Abdulsəlimova, Diana Doman, Aynur Mustafayeva, Aleksandra Platonova və Siyana Vasileva. Bədii gimnastikada qrup hərəkətləri üzrə milli komandamızın şərəfini qoruyan bu qızlar hələ çox gəncdirlər, seçdikləri, həyatlarını bağladıqları idman növü kimi özləri də çox zərifdirlər.

Lakin beş-altı yaşlarından başlayaraq illərlə gərgin məşqlərdə böyük zəhmət çəkmiş, top, lent, həlqə və gürzlərlə mürəkkəb təmrinlərin icrasını böyük zəfərlərin tələb etdiyi mükəmməl səviyyəyə çatdırmaq üçün əməlli-başlı tər tökmüşlər.

Artıq zəhmətlərinin bəhrəsini də görmüş, kifayət qədər hörmət qazanmışlar. Böyük beynəlxalq yarışlarda, Dünya kuboku, “Qran-pri” turnirlərində mükafatçılar sırasında yer tutmuş, adlı-sanlı komandalara layiqli rəqib olmuşlar.

İndi qızlar Bakıda öz pərəstişkarları qarşısında çıxış edəcəkləri Avropa Oyunlarında start ərəfəsindədirlər. Hamısı da ürəkdən sevinir, fəxr edir ki, tarixdə ilk dəfə təşkil olunan və bu gün bütün dünyanın nəzərini özünə cəlb edən bu yarışlar bir başqa yerdə deyil, onların şəhərində keçiriləcək. Qızlar “Bakı-2015" birinci Avropa Oyunlarını idman karyeralarında əsas hadisə kimi qiymətləndirir, bu zaman məqsədlərini də gizlətmirlər: medal sevinci yaşamaq.

Komandanın bütün üzvləri ölkəmizdə digər idman növləri kimi, bədii gimnastikaya da daimi diqqət yetirildiyini deyir, məşq və yarışlarda iştirak etmək üçün yaradılan ideal şəraitə görə Milli Gimnastika Federasiyasının rəhbərliyinə, şəxsən federasiyanın prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Avropa Oyunlarında bədii gimnastların turniri iyunun 17-21-də keçiriləcəkdir. Həmin günlərdə gözəlliyi, müasirliyi ilə aləmə səs salmış Milli Gimnastika Arenasında necə böyük həyəcan yaşanacağını təsəvvür etmək çətin deyil. Səbinə, Nigar, Diana, Aynur, Aleksandra və Siyana da öz növbələrində valideynlərini, yaxınlarını, rəfiqələrini, məktəb yoldaşlarını, baş məşqçiləri Mariana Vasilevanı və onun həmkarlarını, nəhayət, bütün Azərbaycanı sevindirmək üçün zəriflik və gözəllik bayramını tam hazırlıqla qarşılamağa çalışmışlar. Biz hamımız onlara inanırıq. Qaliblərin mükafatlandırlması mərasimində bu qızları ilk Avropa Oyunlarının ilk qalibləri kimi fəxri kürsüdə görmək, əlbəttə ki, bütün Azərbaycanın ürəyindən olar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında