Taekvondoçularımızın hədəfi qızıl medaldır

 “Birinci Avropa Oyunlarında hədəfimiz qızıl medaldır”. Bunu Trend-ə taekvondo üzrə milli komandamızın böyük məşqçisi Elnur Amanov deyib.

O bildirib ki, taekvondoçularımız Avropa Oyunlarına çox ciddi hazırlaşırlar: “Hər gün məşqlərimiz davam edir. Bu, çox məsuliyyətli bir yarışdır. Hədəfimiz qızıl medaldır, əlimizdən gələni edirik ki, inşallah, qızıl medal qazanaq”.

E.Amanov əlavə edib ki, Avropa Oyunlarında mübarizə güclü olacaq, çünki yarışlara dünyanın ən güclü idmançıları gəlir: “Olimpiya, dünya və Avropa çempionları, yəni Avropanın taekvondo üzrə ən güclü idmançıları gəlir. Çox çətin rəqiblər gəlir, əlbəttə, yarışlar asan olmayacaq. Buna görə də biz çox böyük məsuliyyətlə hazırlaşırıq və məqsədimiz qızıl medal qazanmaqdır”.

Milli komandamızın üzvü Radik İsayev də yüksək nəticələr əldə edəcəklərinə ümid edir: “Məqsədimiz, əlbəttə, qızıl medal qazanmaqdır və bunun üçün əlimizdən gələni edirik, çox ciddi hazırlaşırıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında