Kiprli karateçilər Vətənə qələbə ilə dönmək əzmindədirlər

Karate dünyada sürətlə inkişaf edən təkbətək döyüş növlərindən və birinci Avropa Oyunlarına salınan dörd qeyri-Olimpiya idman növündən biridir.

Ötən əlli ildə bu döyüş növü məşhurluq qazanaraq bütün sosial qruplar arasında miliyonlarla insanı cəlb edib. Yüz ildən daha az müddət əvvəl karate döyüşü kiçik Okinava adasını tərk edib və hazırda hər irqə mənsub insanlar tərəfindən həm tədris olunur, həm də öyrənilir. Avropa Karate Federasiyası (AKF) qitədə karate idmanının rəhbər orqanıdır və Olimpiya Nizamnaməsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq, həvəskar əsasda öz fəaliyyətlərini həyata keçirir. Hazırda dünyada karate üzrə üç aparıcı ölkə Avropadandır.

“Bakı - 2015” Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 2015-ci ilin 13-14 iyun tarixlərində keçiriləcək. Orada medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında son dərəcə gözəl tatami üzərində öz istedadlarını nümayiş etdirəcəklər.

“Bakı - 2015"-də idmanın karate növündə Böyük Britaniyanı təmsil edən, eyni zamanda, ilk Avropa Oyunlarının elçisi Ceyd Cons, serbiyalı Milica Mandiç, ispaniyalı Coel Gonzales Bonilla və qardaş Türkiyənin şərəfini qoruyacaq Servet Tazegül kimi məşhur karateçilər mübarizə aparacaqlar.

İdmançılar sırasında kirpli taekvondoçular Despina Pilavaki, Kiriyaki Kuttuki, İyoanis Pilavakis kimi tanınmış idmançılar da təmsil olunacaqlar.  Kipri təmsil edən 4 taekvondoçudan üçü “Bakı - 2015" ilk Avropa Oyunları öncəsi son hazırlıq məşqləri ilə bağlı media nümayəndələri ilə fikirlərini bölüşüblər.

Taekvondoçulardan 49 kiloqram çəki dərəcəsində mübarizə aparacaq  18 yaşlı Kiriyaki Kuttuki G1 “Avstriya Açıq” turnirində qızıl medal əldə edib. Bu, idmançının 2015-ci ildə qazandığı altıncı qalibiyyətidir. O, ilk Avropa Oyunlarında Kiprin komanda heyətində mübarizə aparmasından qürur duyduğunu bildirib. 

Sözügedən idmançılardan digər ikisi də Avstriyada keçirilən turnirdə medal qazanaraq yarışı uğurla başa vurub.

İyirmi üç yaşlı Despina Pilavaki  “Hollandiya Açıq” turnirində 53 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb və ikinci yerdə qərarlaşıb. Bu, onun cari ildə sahib olduğu ikinci medalıdır. Birinci Avropa Oyunlarında iştirakı ilə bağlı fikirlərini jurnalistlərlə bölüşən Pilavaki Bakıdan qələbə ilə dönmək arzusunda olduqlarını deyib.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında