Rusiyalı baş məşqçi: Əsas rəqiblərimiz Azərbaycan güləşçiləri olacaq

Rusiyanın sərbəst güləş üzrə milli komandasının baş məşqçisi, Olimpiya çempionu Hacımurad Məhəmmədov “Bakı-2015" birinci Avropa Oyunlarına hazırlıq və planları ilə əlaqədar R-Sport agentliyinə müsahibə verib. Məşqçi deyib:

“Komanda Bakıda Avropa Oyunları ərəfəsində son təlim-məşq toplanışını Novoqorskda keçirir. Bütün idmançılar səylə hazırlaşırlar, heyətdə heç bir dəyişiklik yoxdur. Əvvələr qərara aldığımız kimi, Bakı turnirində mayda Kaspiyskdə keçirilmiş Rusiya çempionatının bütün qalibləri iştirak edəcəklər. Əgər biz 3-4 qızıl medal qazansaq, bunu yaxşı nəticə hesab etmək olar.

Bizim əsas rəqibimiz Azərbaycan güləşçiləri olacaq. Əminəm ki, onlar öz xalçaları üzərində maksimum nəticə göstərməyə çalışacaqlar. Ayrı-ayrı çəki dərəcələrində isə, ilk növbədə, Türkiyə və Ermənistan idmançıları çox təhlükəlidirlər".

Əlavə edək ki, sərbəst üsulla güləşənlərin turniri iyunun 17-18-də Heydər Əliyev  adına İdman Sarayında keçiriləcək və hər gün dörd çəki dərəcəsində Avropa Oyunlarının çempion və mükafatçıları müəyyənləşəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında