“Bakı-2015” I Avropa Oyunlarının məşəli əfsanəvi Neft daşlarında

“Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına az vaxt qalır. Ölkəmizi gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli bölgələrdə səyahətini başa vurduqdan sonra dünyada dənizdə ilk neft platforması olan Neft daşlarına aparılıb.

İlk Avropa Oyunlarının məşəli helikopterlə Bakının Pirallahı rayonunun ərazisində yerləşən və dünyada ilk neft platforması olan Neft daşlarına gətirildi.

Neft daşlarında Oyunların məşəlini Əməkdar neftçi, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qəbul etdi. Neft daşları qəsəbəsinin sakinləri və dəniz neftçiləri ilk Avropa Oyunlarının məşəlini böyük sevinc hissi ilə qarşıladılar.

Oyunların məşəli Neft daşları qəsəbəsini dolaşaraq burada qurulmuş səhnəyə gətirildi.

Daha sonra Əməkdar neftçi Xoşbəxt Yusifzadə məşəli alovlandırdı.

Akademik Xoşbəxt Yusifzadə ölkəmizin “Bakı-2015” ilk Avropa Oyunları kimi mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirdi.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Neft daşları qəsəbəsinə təhvil verildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında