“Skylife”jurnalı: “İyunun 12-dən 28-dək bütün dünyanın gözü Bakıya dikiləcək”

“Türk Hava Yolları” şirkətinə məxsus “Skylife” jurnalının iyun buraxılışında Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib.

“Avropanın qəlbi Bakıda” adlı yazıda Vətənimiz,  onun paytaxtı füsunkar Bakımız  haqda geniş məlumat verilib:

“Bakı Şərq, Avropa və müasirliyin bənzərsiz vəhdətidir. İyunun 12-dən 28-dək isə bütün dünyanın gözü Avropanın şərqindəki bu gözəl şəhərə dikiləcək”-deyə məqalədə bildirilir:

Yazıda Bakının keçmişi qədim tarixi memarlıq abidələrindən, eləcə də müasir memarlıq incilərindən   söz açılır. Vurğulanır ki,  klassik və modern üslubların qovuşması yalnız Bakının memarlığında deyil, çevik, hərəkətli və dinamik yaşam tərzində də özünü göstərir:  “Dərin köklərə malik ənənələri və keçmişi ilə qürur duyan azərbaycanlılar, eyni zamanda gələcəyə də inamla baxırlar. Bakının ən modern və cəlbedici arxitektur tikililərindən biri olan Heydər Əliyev Mərkəzinin dizaynının da fəlsəfəsi budur”.

Məqalədə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin şərəfinə adlandırılan Mərkəzin elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində bir çox layihələrə dəstək verdiyi bildirilir. Həmçinin, burada Azərbaycan xalqının ümummilli liderinə həsr olunan Heydər Əliyev Muzeyi və müxtəlif sərgilərin fəaliyyət göstərdiyi qeyd olunur.

Oxuculara, həmçinin yarışlar zamanı Bakıda olduqları müddətdə paytaxtda baş çəkə biləcəkləri tarixi memarlıq abidələri, sərgilər və digər mədəni tədbirlər barədə məlumat da verilir.

Qeyd edək ki, adətən 350 000 tirajla çap olunan “Skylife” jurnalı iyun ayı ərzində “Türk Hava Yolları” şirkətinə məxsus reyslərdə uçan 4 000 000-dan çox sərnişinə təqdim ediləcək.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında