Avropa Oyunlarında iştirak edəcək Türkiyə idmançılarının ilk qrupu Azərbaycana gəlib

İlk Avropa Oyunlarında Türkiyədən təxminən 200 idmançı iştirak edəcək. Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Beynəlxalq Hava Limanında Türkiyədən gələn idmançıların qarşılanma mərasimində bildirib.

Səfirin sözlərinə görə, bu gün türkiyəli idmançılardan ibarət ilk qrup Bakıya gəlib və onlar özlərini öz ölkələrindəki kimi hiss edirlər.

Səfir onu da bildirib ki, Avropa Oyunlarının təşkili üçün Bakıya təşəkkür edir: “Azərbaycanda Avropa Oyunlarına uzun zamandır ciddi hazırlıq aparılır. Ümid edirəm ki, “Bakı–2015” Avropa Oyunları Azərbaycanın və Türkiyənin qürur duyduğu bir tədbir olacaq”.

Türkiyəli diplomatın sözlərinə görə, Azərbaycan bir daha dünyaya sübüt edəcək ki, o belə möhtəşəm tədbirlər keçirməyə qadirdir.

Bakıya gələn Türkiyə nümayəndə heyətinin rəhbərinin müavini Özal Çətin jurnalistlərə deyib ki, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək.

O qeyd edib ki, türkiyəli idmançılar Azərbaycanda özlərini Vətənlərindəki kimi hiss edirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında