İtaliyalı boksçu: Hədəfim “Bakı-2015”-də qızıl medal qazanmaqdır

İtaliyalı idmansevərlər “Bakı-2105” ilk Avropa Oyunlarında mübarizə aparacaq gənc boksçu Quido Vianelloya böyük ümidlər bəsləyirlər.

Dünya boks seriyasında bir sıra uğurlar əldə edən 21 yaşlı idmançı “Bakı-2015”-də super ağır çəki dərəcəsində yarışacaq.

Medallara iddialı olan idmançı deyib: “Beynəlxalq turnirlərə qatıldığım ilk zamanlar güclü rəqiblər qarşısında özümü nisbətən zəif hiss edirdim. Lakin durmadan və inamla məşqlərimi davam etdirərək hədəflərimə nail olmağa başladım. Artıq istənilən güclü idmançıya qalib gəlmək əzmindəyəm, çünki özümə inanıram. Hədəfim “Bakı-2015”-də qızıl medal qazanmaqdır. Yarışlarda texniki bacarıqlarımı işə salaraq rəqiblərimi ilk raundlarda üstələməyə çalışacağam”.

Maqsud DADAŞOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Roma


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında