Marqarita Mamun: Azərbaycanda hər zaman xoşməramlı atmosfer hökm sürür

Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşan idmançılar öz ölkələrinin kütləvi informasiya vasitələrinə müsahibələr verərək  Oyunlara hazırlıq prosesi barədə məlumat verir, “Bakı-2015"-dən gözləntilərini bölüşürlər.

Rusiyalı bədii gimnastika ustası , 5 qat dünya çempionu Marqarita Mamun müsahibəsi zamanı Avropanın ilk mötəbər turnirinə böyük həvəs və məsuliyyət hissiylə hazırlaşdığını bildirməklə yanaşı,  Azərbaycanla bağlı fikirlərini də çatdırıb. Dünya çempionu rusiyalı idmançıların Vətənimizdə hər zaman böyük qonaqpərvərliklə qarşılandığını, azarkeşlər tərəfindən dəstəkləndiyini xüsusi olaraq vurğulayıb: “Azərbaycan çox qonaqpərvər ölkədir. Biz orada hər zaman mehribanlıq və səmimiyyət görmüşük. 2014-cü ildə Bakıda keçirilən Avropa çempionatında bunun bir daha şahidi olmuşdum. Ümumiyyətlə, bu ölkədə hər zaman xoşməramlı atmosfer hökm sürür. Ümid edirəm ki, bu amil bizim komandanın Avropa Oyunlarında uğur qazanmasına yardımçı olacaq”.

Qeyd edək ki, “Bakı-2015" çərçivəsində bədii gimnastika turniri iyun ayının 7-dən 21-dək davam edəcək. Rusiya Federasiyasını yarışlarda fərdi çoxnövçülük üzrə Yana Kudryavçeva və Marqarita Mamun, qrup çıxışlarında  isə Vera Bryukova, Darya Kleşyova, Anastasiya Maksimova, Sofiya Skomorox, Anastasiya Tatareva, Mariya Tolkaçeva təmsil edəcəklər.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında