Bakı rinqi Salman Əlizadənin tarixi qələbəyə imza atması üçün ən ideal yerdir

18 illik fasilədən sonra Avropa çempionatında Azərbaycana qızıl medal qazandıran gənc boksçu Salman Əlizadə I Avropa Oyunlarının da qalibi adını qazana bilər. Əslində, idmançının bunu etmək üçün çox böyük şansları var.

“Rabitə” idman klubunun baş məşqçisi Rasim Məmmədov Salmanın yeniyetmələr və gənclər arasında qazandığı gözəl nailiyyətlərin gələcək yarışlar üçün böyük perspektivlər vəd etdiyini vurğuladı: “2010-cu ilin aprelində Bakıda boks üzrə gənclər arasında dünya birinciliyi Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya verdiyi üçün çox gərgin keçdi. Həmin yarışda Nazim Mirhüseynovun yetirməsi olan Salman Əlizadə dəqiq zərbələri ilə rəqiblərini üstələdi, qalib adını qazandı. ”Sinqapur-2010" bildiyiniz kimi, tarixdə ilk dəfə keçirilirdi və bu yarışda medal qazanmaq əsl qəhrəmanlıq tələb edirdi. Salmanın tarixi oyunlarda gümüş medal əldə etməsi böyük nailiyyət idi".

Sinqapur Olimpiadasının gümüş mükafatçısı ümidləri doğrultdu. 2011-ci ildə yeni uğuru ilə Azərbaycana böyük qələbə bəxş etdi - boks tarixində 18 ildən sonra yenidən Avropa çempionluğu əldə edildi. Boks azarkeşləri I Avropa Oyunlarında qələbə sevincini yenidən yaşamaq ümidi ilə Bakı rinqində Salman Əlizadənin növbəti döyüşlərini izləyəcəklər. Bakı rinqi isə Salman Əlizadənin yeni tarixi qələbəyə imza atması üçün ən ideal yerdir. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında