Avstriya-Azərbaycan. Bakı vaxtı ilə 23.30-da

Azərbaycan milli komandasının futbolçuları final mərhələsi 2012-ci ilin yayında Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatının seçmə yarışları çərçivəsində bu gün ikinci oyunlarını keçirəcəklər. Bir ay əvvəl rəqib meydanında Almaniya yığmasına böyük hesabla uduzan komandamız bu dəfə Avstriya futbolçularının qonağıdır.
Bizdən fərqli, avstriyalılar çətin seçmə sınaqlarına uğurla başlayaraq start görüşündən maksimum fayda götürmüşlər. Qazaxıstanla həmin oyunda Ditmar Konstantinin yetirmələri böyük əzmkarlıq və möhkəm iradə nümayiş etdirərək qələbəni son iki dəqiqədə vurduqları iki cavabsız qolla qazanmışlar.
Şübhəsiz, bu gün Vyananın "Ernst Hallel" stadionunda keçiriləcək görüşdə Avstriya futbolçuları ilk müvəffəqiyyəti bir qədər də inkişaf etdirməyə çalışacaqlar. Ancaq uğurlu nəticə onların azərbaycanlı qonaqlarına da çox lazımdır. Bu halda Berti Foqtsun komandası özünün və ölkə futbol ictimaiyyətinin əhvalını yaxşılaşdırar, həm də 12 oktyabr axşamında Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyə futbolçularına qarşı keçirəcəyi oyuna marağı ikiqat artırar.
Avstriya-Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23.30-da başlanacaq. UEFA bu oyunda hakimliyi FİFA-nın danimarkalı hakimi Nikolay Volkvortsa həvalə etmişdir.
Bu rəqiblərin çıxış etdikləri "A" qrupunda bu gün daha iki oyun olacaq. Qrupun liderləri Almaniya və Türkiyə komandaları arasında Berlində keçiriləcək görüş son dərəcə maraqlı və gərgin mübarizə vəd edir. Axı qalib turnir cədvəlində vahid lider olacaq. Digər görüşdə isə Qazaxıstan futbolçuları "Astana Arena"da Belçika yığmasına qalib gəlməyə çalışacaqlar. Bu oyunlar ərəfəsində rəqiblərin turnir vəziyyətinə bir daha diqqət yetirək.
Onu da xatırladaq ki, bu gün və sabah digər qruplarda daha 20 oyun olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında