Jan-Luk LEMAYÖ: Azərbaycan Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək

“Şübhəsiz ki, Azərbaycan birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək”. Bu barədə Trend-ə BMT-nin Narkotik və Cinayətkarlığa qarşı Mübarizə Ofisinin siyasi təhlil və ictimai əlaqələr bölməsinin direktoru Jan-Luk Lemayö deyib.

Lemayö qeyd edib ki, Avropa Oyunlarına ev sahibliyi etməklə dünyanın diqqətini gözəl Azərbaycana cəlb etmək düzgün siyasətdir: “Bu Oyunlar zamanı bütün dünyanın diqqəti Azərbaycana yönələcək və dünyada hamı ölkə haqqında geniş məlumat alacaq”.

Bölmə direktoru bildirib ki, Azərbaycan qısa müddət ərzində bu Oyunlara çox yüksək səviyyədə hazırlaşdı: “Mən Azərbaycana gəlib bunu öz gözlərimlə gördüm. Hesab edirəm ki, Azərbaycana gələn hər bir insan bu ölkəni bəyənəcək. Oyunlar zamanı Azərbaycana çoxlu sayda insan gələcək. Bu, Azərbaycanın turizm sektorunun inkişafına ciddi təsir göstərəcək”.

BMT rəsmisi Avropa Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə də müsbət təsir edəcəyini diqqətə çatdırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında