Ben PLUMPTON: Bakının idman karyeramda yaddaqalan iz qoyacağına inanıram

Maltanın “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək 59 idmançıdan ibarət heyətinə su polosu komandasının kapitanı Ben Plumpton başçılıq edəcək. Malta Milli Olimpiya Komitəsinin (MOK) saytının məlumatına görə, ölkənin bayrağını daşımaq şərəfi də məhz ona həvalə olunub.

Maltalı idmançı yerli mediaya bildirib ki, Bakının onun  idman karyerasında yaddaqalan iz qoyacağına inanır.

Malta  nümayəndə heyətinin rəhbəri Dion Buhagiar da “Bakı - 2015”- in yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirərək deyib: “Son vaxtlar birinci Avropa Oyunlarının Təşkilat Komitəsi ilə sıx əlaqə saxladım və başa düşdüm ki, Bakıda yüksək səviyyəli yarışlar keçiriləcək. “Bakı-2015”-də geniş tərkibli komandanın güclü rəqibləri olacaq, lakin, inanıram ki, biz yarışlarda uğur qazana biləcəyik.

Malta idmançıları “Bakı-2015”-də yeddi növ üzrə mübarizə aparacaqlar.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında