Aleksandr JUKOV: I Avropa Oyunları dünya idman tarixində yeni səhifə açacaq

12-28 iyunda Bakıda keçiriləcək I Avropa Oyunları dünya idman tarixində yeni səhifə açacaq. Trend-in “runews24" Rusiya informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.

Rusiya milli komandasının 1-ci qrupu iyunun 9-da Bakıya gələcək. A.Jukov qeyd edib ki, I Avropa Oyunlarında əksər idman növlərində, ilk növbədə isə Rioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə verəcək növlərdə Rusiya tərəfindən dünyanın ən güclü idmançıları çıxış edəcəklər: “İdmançılarımızın Bakıda maksimum sayda lisenziya əldə edəcəyinə ümid edirik. Şübhə etmirəm ki, gələcəkdə Avropa Oyunları kontinentdə əsas idman tədbiri olacaq. Bakının I Avropa Oyunlarına hazırlığı onu göstərir ki, yarışların  səviyyəsi çox yüksək olacaq”.

Məlumatda Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevin sözləri də yer alıb. D.Savelyev bildirib ki, qarşıdan gələn idman tədbirləri Azərbaycan üçün əlamətdar hadisədir: “Birinci olmaq həmişə çətin, ancaq eyni zamanda, şərəfli işdir və Azərbaycan ədalətlə bu haqqa sahib olub. Şübhəsiz, I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanı dünyanın idman arenasında olduğu kimi, mədəni-humanitar sahədə də tanıdacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında