Amina ZARİPOVA: “I Avropa Oyunlarında birinci olmaq istəyirik”

“Bizim Avropa Oyunlarına münasibətimiz ciddidən də o yanadır”

Rusiya Olimpiya Komitəsində bədii gimnastika üzrə Rusiya yığma komandasının I Avropa Oyunlarında iştirakına dair mətbuat konfransı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mətbuat konfransında beşqat dünya çempionu Marqarita Mamun, dünya çempionu Yana Kudryavtseva və məşqçi Amina Zaripova iştirak ediblər.

1995-97-ci illərdə beş dəfə bədii gimnastika üzrə dünya çempionatının qalibi olmuş Amina Zaripova idmançıların I Avropa Oyunlarına hazırlığından, Bakıda keçiriləcək yarışların xüsusiyyətindən və rəqabətin səviyyəsindən danışıb.

“Bizim Avropa Oyunlarına münasibətimiz ciddidən də o yanadır. Əgər “Qran-pri” mərhələləri hər həftə keçirilirsə, Avropa Oyunları Olimpiya Oyunları intervalı ilə keçirilir. Bundan başqa bu Oyunların hesabı Bakıdan yazılmağa başlayacaq. Ona görə də biz birinci Avropa Oyunlarında birinci olmaq istəyirik. Oyunlara hazırlıq ştat rejimində gedir. Yeganə kiçik fərq iqlim şərtlərindəki fərqlərlə əlaqəlidir. Belə ki, Avropa Oyunları Bakıda, ümumdünya yay Universiadası isə Cənubi Koreyanın Kvancu şəhərində keçirilir, harada ki, yay isti və rütubətli olur. Biz qızları predmetlərdən biri ilə xüsusi məşqə hazırlayırıq. Söhbət lentdən gedir. Məsələ ondadır ki, yüksək rütubətdə 6 metrlik lent 5 dəqiqə ərzində ağırlaşır. Buna idmançılar da, xidmət personal da hazır olmalıdır. Bizdə hər zaman 3-4 ehtiyat lent olur.

O ki qaldı rəqiblərimizə, deyə bilərəm ki, onlar çox güclüdürlər. Hər şeydən əvvəl, keçmiş Sovetlər İttifaqı ölkələrinin - Azərbaycan, Gürcüstan, Ukrayna və Belarusun adlarını çəkmək istəyirəm. Avropa Oyunlarının ev sahibi ölkəsinin adını nəzakət xətrinə çəkmədim. Azərbaycanlı gimnastlar bu gün çox yüksək səviyyədədirlər. Hazırda Azərbaycan yığması bədii gimnastika üzrə “top-6” dünya reytinqinə daxildir”, - deyə Amina Zaripova bildirib.

Onun sözlərinə görə, rusiyalı gimnastlar üçün Avropa Oyunlarında bədii gimnastika üzrə yarışların keçiriləcəyi zala öyrəşmək lazım olmayacaq: “Çünki Marqarita Mamun və Yana Kudryavsevaya keçən il Avropa çempionatının keçirildiyi həmin zal yaxşı tanışdır. Bildiyim qədər Avropa Oyunlarında bədii və idman gimnastikası, eləcə də akrobatika və aerobika yarışları eyni vaxtda və eyni məkanda keçiriləcək. Bu cür format indiyədək heç yerdə tətbiq olunmayıb. Tamaşaçılar üçün sözsüz ki, bu maraqlı yenilik olacaq”.

Amina Zaripova Bədii Gimnastika Federasiyasının Bakıya güclü azarkeş ordusunun göndərəcəyini də qeyd edib: “Bunlar idmançıların məşqçiləri və valideynləridir. Qrup yarışlarında Rusiya yığmasının tərkibində Omsk, Penza, Novosibirsk, İrkutsk, Tomsk, Rostov şəhərlərindən olan qızlar iştirak edəcəklər. Azarkeşlərin ciddi dəstəyi təminatını almışıq. Mən hələ Azərbaycan ictimaiyyətinin dəstəyini demirəm, orada ənənəvi olaraq Rusiya yığmasına çox isti münasibət bəsləyirlər.

Qeyd edək ki, I Avropa Oyunlarında bədii gimnastika üzrə yarışlar iyunun 17-dən 21-nə kimi keçiriləcək. Fərdi çıxışlarda Rusiyanı Yana Kudryavseva və Marqarita Mamun, qrup çıxışlarında isə Vera Biryukova, Darya Kleşeva, Anastasiya Maksimova, Sofiya Skomorox, Anastasiya Tatareva və Mariya Tolkaçova təmsil edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında