Lənkəranda I Avropa Oyunlarına həsr olunmuş velosiped yürüşü

“Cənub mirvarisi” Lənkəranda “Bakı-2015” I Avropa Oyunlarına həsr olunmuş velosiped yürüşü keçirilib. Onun təşkilində əsas məqsəd gənclərin idmana marağını artırmaq və ölkəmizdə keçirilən Avropa Oyunlarına dəstək olmaqdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər və idman idarəsinin təşkil etdiyi yürüşdə 15 yaşından 60 yaşına kimi peşəkar və həvəskar idmançılar iştirak ediblər. Yürüş səhər saatlarından şəhərin Bayraq Meydanından start götürüb. Ümumilikdə, yürüşə 90-a yaxın velosipedçi qoşulub.

Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağının müşayiəti ilə keçirilən yürüşü şəhər sakinləri maraqla izləyiblər. Səkkiz kilometr məsafəni qət edən yürüş iştirakçılarını seyrçilər Heydər Əliyev Xatirə Parkında coşqu ilə qarşılayıblar.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, bundan sonra da Avropa oyunlarının sonuna qədər müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.  Yürüş başa çatdıqdan sonra idmançılar Heydər Əliyev Mərkəzində  ulu öndərin həyat və fəaliyyətindən bəhs edən ekspozisiyalarla tanış olub, eksponatlara baxıblar.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında