Azərbaycan boksçuları döyüşə hazırdır

Avropa Oyunlarına hazırlığı başa çatdırmaqda olan Azərbaycanın boks komandalarının məşqçiləri yığmaların heyətini elan etmişlər. Həm kişi, həm də qadın dəri əlcək ustalarının turnirləri iyunun 16-26-da keçiriləcəkdir.

Kişilərdən ibarət komandamızın məşqçiləri “Bakı-2015”in medalları uğrunda mübarizədə rinqə Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Albert Səlimov (60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Xaybulla Musalov (75 kq), Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmədrəsul Məcidovu (+ 91 kq) çıxaracaqlar.

Avropa Oyunlarında Azərbaycanın qadın boksunun şərəfini isə Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Yana Alekseyeva (60 kq), Yelena Vıstropova (64 kq) və Zeynəb Cavadlı (75 kq) qoruyacaqlar.

Heyətlərdən də göründüyü kimi, komandalarımızda mötəbər beynəxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında mükafatçılar sırasında yer tutmuş boksçular az deyil. Onlar ilk Avropa Oyunlarında da etimadı doğrultmaq üçün çətin döyüşlərə səylə, böyük məsuliyyətlə hazırlaşmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında