Toğrul ƏSGƏROV: Qələbə əzmi və yüksək ruh Azərbaycan idmançılarına daha böyük nailiyyətlər bəxş edəcək

Cəmi 21 yaşda Olimpiya çempionu kimi adını dünya güləş tarixinə yazdıran Toğrul Əsgərov idman ölkəsi olan Azərbaycanın gənc pəhləvanlarından biridir.

Görüşümüz zamanı güləş məktəbimizin yetirməsi I Avropa Oyunlarının start götürəcəyi Bakı arenasında dünyanın gözəl bir idman bayramına şahidlik edəcəyini dedi:

– Azərbaycanın ev sahibliyi edəcəyi bu mötəbər tədbir bizim üçün çox önəmlidir. Respublikamız, həm də güləş ölkəsi kimi tanınır. Oyunların tarixi əhəmiyyətini, yüksək təşkilatçılıq səviyyəsini nəzərə alan Avropa ölkələri bu yarışlara çox güclü idmançılar göndərir. Üzərimizə düşən məsuliyyəti gözəl başa düşürük. Rəqiblərimiz güclü olsalar da, onların öhdəsindən gəlməliyik. Güləşçilərə böyük ümidlər bəslənilir. Bu, şübhəsiz, əldə etdiyimiz nailiyyətlərlə bağlıdır. Ümid edirəm ki, tarixi oyunlarda güləşimizlə nümunə olacağıq. Toğrul Əsgərov hər bir qələbənin arxasında fiziki güclə yanaşı, həm də qələbə əzminin dayandığını vurğuladı:

Qüdrətli Azərbaycanın hərtərəfli inkişafı, bütün sahələrdə, o cümlədən idmanda əldə edilən nailiyyətlər beynəlxalq aləmdə ölkəmizin nüfuzunu getdikcə artırır. Biz idmançılar müstəqil, güclü Azərbaycanı təmsil etməkdən qürur duyuruq, qalib olmaq arzumuz artır. Hər bir qələbənin arxasında isə fiziki güclə yanaşı, həm də qələbə əzmi dayanır. İnanıram ki, qələbə əzmi və yüksək ruh Azərbaycan idmançılarına daha böyük nailiyyətlər bəxş edəcək.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında