Tatyana PETKEVİÇ: İlk Avropa Oyunlarının məsuliyyəti çox böyükdür

Rusiya Olimpiya Komitəsinin informasiya xidmətinin əməkdaşları öz ölkələrinin birinci Avropa Oyunlarına hazırlaşan komandalarının məşqçiləri ilə müsahibələr seriyasını davam etdirirlər.

Bu dəfə onlar kişilərdən və qadınlardan ibarət stolüstü tennis yığmalarının heyəti, perspektivləri və vəzifələri haqqında həmin komandaların baş məşqçiləri Aleksandr və Tatyana Petkeviçlərlə söhbət etmişlər. Müsahibələrin “Bakı-2015” ilə bağlı hissələrini diqqətinizə çatdırırıq.

Aleksandr Petkeviç:

– Bakıya, Avropa Oyunlarına millinin əsas heyəti gedir. Bunlar Aleksandr Şibayev, Kirill Skaçkov və Aleksey Leventsovdur. Hər üçü komanda yarışlarında iştirak edəcək, şəxsi birincilikdə isə yalnız Skaçkov və Şibayev mübarizə aparacaqlar. Bakıda Avropa Oyunlarında mükafatçılar sırasına daxil olmağı planlaşdırırıq. İdmançılarımızın reytinqini və builki nəticələrini nəzərə alsaq, bunun üçün hər cür əsas  var.

Tatyana Petkeviç:

– Biz də Azərbaycan paytaxtına əsas heyətlə gedəcəyik. Bakıda vəzifəmiz mükafata layiq yerlər uğrunda mübarizə aparmaq olacaq. Məncə, qızların buna gücü çatar.

Unutmaq olmaz ki, Avropa Oyunlarında şəxsi birincilikdə Rio-de-Janeyro Olimpiadası-2016-ya bir lisenziya oynanılacaq. Bu Avropa Oyunları tarixdə ilk Oyunlardır. Ona görə də istər idmançıların, istərsə də təşkilatçıların məsuliyyəti çox böyükdür. Layiqli nəticə göstərməyə çalışacağıq...

Avropa Oyunlarının stolüstü tennis yarışları iyunun 13-19-da keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında