Natiq BAĞIROV: Belə unikal bir yarışın Bakıda keçirilməsi qəlbimi qürur hissi ilə doldurur

Bakıda keçiriləcək birinci Avropa Oyunlarında Belarusun cüdo üzrə yığmasına sambo üzrə dəfələrlə dünya çempionu, cüdo üzrə dünya çempionatının mükafatçısı olmuş, cüdo üzrə Belarus milli komandasının baş məşqçisi, əslən azərbaycanlı olan Natiq Bağırov rəhbərlik edəcək.

O, artıq uzun müddətdir ki, Belarus vətəndaşıdır, eyni zamanda, Belarus Azərbaycan Konqresinin sədridir. Belarus Milli Olimpiya Komitəsinin saytında verilmiş məlumata görə, onun başçılıq etdiyi komanda “Bakı-2015” yarışlarına ciddi hazırlaşır.  

Natiq Bağırov bildirib ki, Belarus yığması bu yaxınlarda Bakıda “Böyük dəbilqə” turnirində iştirak edib və şəhərin bu əhəmiyyətli idman tədbirinə necə səylə hazırlaşdığını müşahidə edib. “Birinci Avropa Oyunlarının keçirilməsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir. Belə unikal yarışın mənim doğma Vətənimdə keçirilməsi qəlbimi qürur hissi ilə doldurur. Oyunların iştirakçıları və qonaqları Azərbaycanda Şərq qonaqpərvərliyini və koloritini öz gözləri ilə görəcəklər”.

Natiq Bağırovun sözlərinə görə, Belarus və Azərbaycan arasında oxşar cəhətlər çoxdur: hər ikisi uzun illər Sovet İttifaqının tərkibində olub, tolerantlıq, qonaqpərvərlik, dostcanlılıq, bağışlamaq bacarığı kimi keyfiyyətləri də bir-birinə oxşayır. “Ölkə rəhbərləri İlham Əliyev və Aleksandr Lukaşenko arasındakı sıx dostluq münasibətlərinə görə iki ölkə arasında əməkdaşlıq ilbəil güclənir. Azərbaycan və Belarus liderləri həm də xoşbəxtlikdən milli Olimpiya komitələrinin rəhbərləridir. Hazırda Azərbaycan və Belarus arasında təkcə idman sahəsində deyil, iqtisaliyyat və mədəniyyət sahələrində də ciddi əməkdaşlıq mövcuddur. Azərbaycanda Belarusun “MAZ” və “MTZ” kimi brendlərinin filialları var və bu, hər iki ölkənin çiçəklənməsində böyük rol oynayır”.

Baş məşqçi bildirib ki, birinci Avropa Oyunlarında iştirak edəcək hər bir idmançının üzərinə böyük məsuliyyət düşür, çünki məsələ təkcə bir-iki medal qazanmaqda deyil, Bakıda həm də 2016-cı ilin Rio-de-Janeyro Olimpiya Oyunları üçün reytinq qazanmaq lazımdır. “Belaruslar Bakıda medal uğrunda mübarizəyə iyunun 25-də başlayacaqlar. Birinci Avropa Oyunlarında Belarusu 60 kiloqram çəki dərəcəsində Arif Bağırov, 66 kiloqram çəki dərəcəsində yığmanın lideri Dmitri Şerşen, 73 kiloqram çəki dərəcəsində iki idmançı Vadim Şoka və Aleksey Romançik təmsil edəcəklər. Təcrübəli idmançılar Aleksandr Steşenko (81 kiloqrama qədər), Aleksandr Vaxovyak (100 kiloqramdan artıq), Darya Skipnik (52 kiloqrama qədər) və Marina Slutskaya (78 kiloqramdan artıq) da “Bakı-2015”-in iştirakçısı olacaqlar. Hazırda Belarus idmançıları birinci Avropa Oyunlarına ciddi hazırlıq prosesindədirlər”.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında