Azərbaycanı təmsil edəcək kayakçı və kanoeçilər müəyyənləşdi

“Bakı-2015” ilk Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək kayakçı və kanoeçilər, onların yürüş edəcəkləri məsafələr, eləcə də yarış qrafiki müəyyənləşib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Oyunlarda milli komandanın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında 7 idmançı mübarizə aparacaq.

Kanoeçilərin mübarizəsində əsas diqqət 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkoya yönələcək. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Taras Matviyçuk isə 1 nəfərlik qayıqla (K-1) 1000 metr məsafəyə yürüş edəcək. Aleksey Kupin və Avropa çempionu Sergey Bezuqlıydan ibarət duet 2 nəfərlik qayıqla (C-2) də 1000 metr məsafəni qət edəcək.

Kayakçılara gəldikdə, 1 nəfərlik qayıqla (K-1) Mirnazim Cavadov 200 metr, Tamerlan Mustafayev 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Qadınların mübarizəsində isə olimpiya çempionu İnna Osipenko-Radomskavaya 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüş edəcək.

Qeyd edək ki, “Bakı-2015” Avropa Oyunlarında kayak və kanoe yarışları 14-16 iyunda Mingəçevir şəhərindəki “Kür” Olimpiya və Avarçəkmə Mərkəzində keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında