Erman ELTEMUR: Hədəfimiz qızıl medal qazanmaqdır

İlk Avropa Oyunları dünyanın nüfuzlu telekanalları vasitəsilə planetin, demək olar, bütün  ölkələrində yayımlanacaq və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək.

Eyni zamanda, bu Oyunları izləmək üçün neçə-neçə ölkədən Azərbaycana on minlərlə turist gələcək. Sözsüz ki, bu ölkənin iqtisadiyyatına və ictimai həyatına  müsbət təsirsiz ötüşməyəcək. Avropa, Amerika, Asiya, eləcə də dünyanın digər ərazilərində milyonlarla insan Azərbaycan haqqında, onun mədəniyyəti, turizm potensialı barədə geniş məlumat əldə edəcək. Bu da ölkənin  artan beynəlxalq imicinin daha da yüksəlməsinə şərait yaradacaq.

Bu sözləri deməyə əsas verən amillərdən biri də ilk Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gələcək idmançıların ölkəmiz haqqında yüksək fikirlər səsləndirməsidir. Onların sırasında qardaş Türkiyə idmançıları daha çox seçilir. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında qardaş ölkəni təmsil edənlərdən biri karate ustası Erman Eltemurdur.

75 kiloqram çəki dərəcəsində mübarizə aparacaq 21 yaşlı karateçi dünya çempionu Erman Eltemur CİHAN agentliyinə “Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı açıqlamasında deyib ki, mən indiyə kimi iki dəfə Bakıda olmuşam. Bakı çox gözəl şəhərdir. Birinci Avropa Oyunlarında qardaş Azərbaycan xalqından da dəstək gözləyirik. Hədəfimiz yarışlarda qızıl medal qazanmaqdır. İnanırıq ki, gərgin əməyin sayəsində buna nail olacağıq. Yarışlardan qızıl medallarla dönərsək bu bizim üçün çox yaxşı olacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında