I Avropa Oyunlarında iştirak edəcək Macarıstan idmançıları Azərbaycana gəlirlər

Azərbaycanın Macarıstandakı Səfirliyinin və Macarıstan Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə Budapeştdə “Bakı - 2015” birinci Avropa Oyunlarında iştirak edəcək macar komandasının Azərbaycana yola salınması ilə bağlı mərasim keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bu mühüm qitə idman oyunlarında Macarıstanın idman şərəfini 200-dən çox atlet qoruyacaq.

Bütünlükdə isə macar komandasının tərkibinə 300 nəfərə yaxın idmançı və idman mütəxəssisi daxildir.

Mərasimi giriş sözü ilə açan Macarıstan MOK-nin baş katibi Bence Çabo Bakıda yüksək səviyyədə təşkil olunan Birinci Avropa Oyunları ilə Avropa idmanının tarixində yeni səhifə açıldığını bildirib.

O, ev sahiblərinin əsl idman mübarizəsi üçün tələb olunan bütün şəraiti yaratdığını bildirib və Bakının təcrübəsinin sonrakı illərdə bu cür böyük idman yarışlarının keçirilməsinə ev sahibliyi edəcək ölkələr üçün zəruriliyini vurğulayıb.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən yüksək qayğıdan söz açaraq on gündən sonra Bakının  Avropa ölkələrindən gələcək 6 min atleti yüksək səviyyədə qəbul etməyə hazır olduğunu bildirib.

Səfir Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin tarixdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün bütü zəruri işləri vaxtında və keyfiyyətlə gördüyünü qeyd edib.

V.Quliyev sülhə, tərəqqiyə və xalqlar arasında qarşılıqlı anlaşmaya xidmət edən bu mühüm idman bayramında avropalıların Azərbaycanı özləri üçün kəşf edəcəklərinə və sevəcəklərinə inamını ifadə edib.

Macarıstan Milli Resurslar Nazirliyinin dövlət katibi İştvan Simiçko və Macarıstan MOK-un icraçı direktoru Laslo Fabian isə çıxışlarında macar idmançılarının qarşısında duran vəzifələrdən danışıblar.

Macarıstan MOK-un qərarı ilə “Bakı - 2015” birinci Avropa Oyunlarına hazırlıq prosesində ölkənin ali beynəlxalq idman qurumu ilə sıx əməkdaşlığa görə, səfir V.Quliyev Macarıstan komandasının fəxri üzvü elan olunub və ona milli komandanın idman forması hədiyyə edilib.

Yola salma mərasimi konsert proqramı və furşetlə davam etdirilib. Macar idmançılarının ilk dəstəsinin Bakıya iyunun 6-da yola düşməsi nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında