Bolqarıstan boksçuları Bakıda

Bolqarıstan boksçularının yığma komandası birinci Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycan paytaxtına gəlmişdir və turnirə qalan vaxt ərzində məşqləri burada davam etdirəcək.

Azərbaycan Boks Federasiyasının saytında bu barədə verilən məlumatda bildirlir ki, bolqarların komandasına doqquz nəfər daxildir. Onlardan ikisi apreldə Bakıda keçirilmiş “Böyük İpək Yolu” beynəlxalq turnirində uğurla çıxış etmişdir. Bunlar 81 kq çəki dərəcəsində yarışın qalibi olmuş Radoslav Panteleyev və gümüş mükafatçı Tinko Banabakovdur (49 kq).

Bakı rinqində Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq Bolqarıstanın qalan yeddi boksçusu isə Daniel Asenov (52 kq), Stefan İvanov (56 kq), Elian Dmitrov (60 kq), Ayrin İsmetov (64 kq),  Simeon Çartov (69 kq), Kristiyan Dmitrov (91 kq) və Petr Belberovdur (91 kq-dan yuxarı).

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında