Ülfət NƏZƏRLİ: Oyunlarda uğurlu nəticə qazanacağıma əminəm

“Bakı-2015” birinci Avropa Oyunlarının şose velosipedi yarışlarında kişilərlə yanaşı, Azərbaycanın iki qadın idmançısı da iştirak edəcək.

Onlardan biri Ülfət Nəzərli “Atasport” klubunun təmsilçisidir, eyni zamanda,  respublika çempionatının mükafatçısıdır. İyirmi altı yaşlı idmançının sözlərinə görə,  birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik xarici siyasətinin təsdiqidir. Bu hadisə qlobal məsələlərdə Azərbaycanın imicini möhkəmləndirir və ölkəni beynəlxalq arenada daimi oyunçuya çevirir. O, həmçinin əlavə etmişdir ki, Oyunlarda iştirakından qürur hissi keçirir. Bununla belə  məsuliyyətini anlayır və bu möhtəşəm bayrama səylə hazırlaşır. Oyunlarda uğurlu nəticə qazanacağına da əmindir.

Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunlarının şose velosipedi yarışlarında iştirak edəcək ikinci qadın idmançısı isə  26 yaşlı Yelena Pavluxinadır. Y.Pavluxina bildirib ki, Oyunlarda iştirak etmək üçün Azərbaycana  Avropanın kifayət qədər güclü velosipedçiləri gələcəklər. Rəqiblər arasında Olimpiya və dünya çempionları da olacaq. Amma bu, azərbaycanlı velosipedçiləri  qorxutmur. Hər gün Oyunların velosiped yarışlarının keçiriləcəyi marşrut boyunca məşq edirlər. Düşünürlər ki, məhz bu, onların üstünlüyüdür.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında