“Çox istərdim ki, qadınlarımız daha çox qızıl medal qazansınlar”

Bu ilin mart ayında Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatında 19-23 yaşlı idmançılar arasında mübarizə aparan təmsilçimiz Elmira Qənbərova Avropa çempionatını üçüncü sırada tamamlayanda sevincinin həddi-hüdudu yox idi.

Düzdür, rusiyalı rəqibinə tam üstünlüklə qalib gəldikdən sonra yarımfinalda Çexiya güləşçisinə uduzmaq onu kədərləndirmişdi. Amma qələbə əzmi ruhdan düşməyə imkan verməmişdi. Döyüşkən ruhlu güləşçi növbəti mərhələdə Polşa idmançısına heç bir şans verməyib, bürünc medalı özü üçün təmin etmişdi. Bu nəticə onun üçün qənaətbəxş olmaqla yanaşı, həm də I Avropa Oyunlarında mübarizə aparmağa şans verirdi.

Elmira Qənbərova bundan əvvəl gənclər arasında Avropa çempionatının gümüş medalını qazanmışdı. Yığmanın məşqçisi Aslan Ağayev yetirməsinin yaxşı formada olduğunu bildirdi: “Elmira gənc pəhləvandır. Çalışqandır. Sonacan mübarizə aparmaq üçün səylərini toplaya bilir. Medal qazanmasına ümidimiz böyükdür”.

Elmira qadın pəhləvanlarımızın Avropa Oyunlarında qızıl medal qazanmalarının onun ən böyük arzusu olduğunu bildirdi: “I Avropa Oyunlarında, şübhəsiz, medallarımız olacaq. Çox istərdim ki, qadınlarımız daha çox qızıl medal qazansınlar. Azərbaycanın qadın güləşçilərini  I Avropa Oyunları tarixində ən güclü pəhləvanlar kimi görmək böyük arzumdur”.

Söhbəti yazdı:

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında