Teymur MƏMMƏDOV: I Avropa Oyunları ədalətli mövqeyimizi bir daha ortaya qoyacaq

 “Azərbaycan dünyada qabaqcıl idman ölkələrindən biri kimi tanınır. Döyüş ustalarımız tarixdə ilk dəfə keçiriləcək oyunlarda onlara bəslənilən etimadı doğrultmalıdırlar”, - bu fikirləri London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov qəzetimizə açıqlaması zamanı bildirdi.

London Olimpiadasına qədər zəngin döyüş təcrübəsi əldə edən, dünya rinqində layiqli rəqib kimi tanınan Teymura Olimpiya oyunları zamanı hakim tərəfindən edilən haqsızlığı yəqin çoxları xatırlayır. Yarımfinalda italiyalı rəqibini iki dəfə noqdauna salan, bütün raundlarda üstün olmasına baxmayaraq, sonda hakim ədalətsizliyi ucbatından bürünc medalla kifayətlənən Teymur Məmmədov çoxlarının nəzərində döyüşdən qalib kimi ayrıldı. Olimpiya mükafatçımız I Avropa Oyunları ilə bağlı fikirlərini də bizimlə bölüşdü: “Azərbaycan I Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün böyük səylər göstərib. Avropanın, eləcə də dünyanın hər yerindən gələn qonaqlar və turistləri, həm də hər bir azərbaycanlı öz əziz qonağı kimi qarşılayacaq. Minlərlə yadelli sürətlə inkişaf edən, müxtəlif millətlərin, dinlərin birgə və mehriban şəraitdə yaşadığı Azərbaycanla daha yaxından tanış olacaq, Azərbaycan həqiqətlərini öyrənəcəklər. Ölkəmizin işğalçı Ermənistan tərəfindən torpaqlarının ələ keçirilməsinə, qaçqın-köçkün problemlərinə baxmayaraq getdikcə inkişaf etməsinin şahidi olacaq, sabitliyi, təhlükəsizliyi öz gözləri ilə görəcəklər. I Avropa Oyunları ədalətli mövqeyimizi bir daha ortaya qoyacaq”.

Söhbəti yazdı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında