Namiq ƏLİYEV: Birinci Avropa Oyunlarında güləşin hər növü üzrə ən azı 2-3 qızıl medal gözləyirik

Güləş üzrə Azərbaycan yığma komandaları birinci Avropa Oyunlarına hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir.

Qadın güləşi üzrə yığma komandanın mətbuat üçün növbəti açıq məşqi keçirilib. Məşqi Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də izləyib.

Məşqdən sonra media nümayəndələrinin suallarını cavablandıran AGF rəsmisi güləşin hər 3 növü üzrə yığma komandaların yüksək səviyyədə hazırlıq keçdiyini bildirib.

O, qeyd edib ki, birinci Avropa Oyunlarında bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Güləşçilərimiz bu yarışlara ciddi səylə hazırlaşırlar. Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları mübarizə aparacaqlar. Amma Azərbaycan güləşi elə səviyyəyə çatıb ki, nəinki Avropada, bütün dünyada favoritlər arasında göstərilirik. Yəni, məqsədimiz həmişə olduğu kimi, yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Bu tarixi hadisəyə qazanacağımız qələbələrlə əlavə bayram ab-havası qatmaq, xalqımızı sevindirmək istəyirik.

Qadın güləşçilərimizin Monqolustan yığması ilə birlikdə hazırlaşdığını bildirən N.Əliyev “Bakı-2015" birinci Avropa Oyunlarında çıxış edəcək heyətin tam tərkibinin hələ müəyyənləşmədiyini vurğulayıb. Bildirib ki, Avropa Oyunlarında çıxış edəcək heyət bu həftənin sonunadək tam formalaşdırılacaq. Komandanın tərkibində çoxlu gənclər olacaq. Həmin idmançılar gənc olmalarına baxmayaraq, artıq böyüklər arasında da öz sözlərini deyiblər. Hesab edirəm ki, gənc güləşçilərimiz birinci Avropa Oyunlarında sürpriz edəcəklər. Ümid edirəm ki, Azərbaycan azarkeşlərini sevindirəcəyik. Heyətdə Olimpiya çempionlarımızdan Toğrul Əsgərov yer alacaq. Şərif Şərifov isə Amerikada keçiriləcək dünya çempionatına hazırlaşır. İlk Avropa Oyunlarında güləşin hər növü üzrə ən azı 2-3 qızıl medal gözləyirik.

Birinci Avropa Oyunlarında yarışlar güləşin hər üç növü üzrə keçiriləcək. İyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Sarayında təşkil ediləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında