“The Ethiopian Herald”: “Bakı-2015 Avropa Oyunları gerisayımda”

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayevin Efiopiyanın aparıcı mətbuat orqanı olan “The Ethiopian Herald” qəzetində “Bakı-2015 Avropa Oyunları gerisayımda” başlıqlı növbəti müsahibəsi dərc olunub.

Ölkəmizin Efiopiyadakı səfirliyindən  aldığımız məlumatda deyilir ki, səfir Elman Abdullayev müsahibədə “Bakı-2015” birinci Avropa Oyunları haqqında geniş məlumat verərək, ilk Avropa Oyunlarında 20 idman növü üzrə 6 mindən çox idmançının iştirak edəcəyini bildirmişdir. Azərbaycanın Avropa Oyunlarının keçirilməsinə artıq tam hazır olduğunu diqqətə çatdıran səfir ölkəmizdə çoxlu müasir idman komplekslərinin inşa olunduğunu söyləmişdir.

 E.Abdullayev 26 aprel 2015-ci il tarixində Bakıda ilk Avropa Oyunlarının məşəlinin alovlandırıldığını qeyd edərək ölkəmizdə 15 min nəfərdən artıq könüllünün fəaliyyət göstərəcəyini demişdir.

Diplomat Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsini tarixi bir hadisə kimi dəyərləndirmişdir.

Müsahibə zamanı səfir Azərbaycanda həyata keçirilən iqtisadi, sosial layihələr barədə ətraflı məlumat vermiş, ölkəmizin digər beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi etdiyini bildirmişdir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında