Zoltan BALOQ: “Bakı-2015”-in yüksək səviyyədə təşkilində Azərbaycan Prezidentinin dəstəyi xüsusi qeyd olunmalıdır

Macarıstanın idman, turizm və digər sahələri özündə birləşdirən insan resursları naziri Zoltan Baloq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirmiş və  bunu ölkənin iqtisadi gücünün artması ilə əlaqələndirmişdir.

Nazir bildirmişdir ki, son illər Azərbaycanın  beynəlxalq aləmdə reytinqi getdikcə artır. O, bu möhtəşəm idman yarışlarının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. Bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin xidməti xüsusi qeyd olunmalıdır.

Nazir Azərbaycan və Macarıstan arasındakı tarixi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım  Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması, idmanın inkişafı istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirib. Deyib ki, “Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin qarşıya qoyulan vəzifələrin öhdəsindən şərəflə gələcəyinə əmindir. Nazir qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeşt şəhərində “Bakı-2015" birinci Avropa Oyunlarının təqdimatı keçirilən zaman  Azərbaycanın milli-mənəvi dəyərlərini, zəngin tarixini özündə əks etdirən kitablar və incəsənət xadimlərinin əsərlərindən ibarət sərgi ilə tanışlıq zamanı da bu əminlik hər birimizdə – tədbirdə iştirak edən  dövlət və hökumət rəsmilərində də yaranmışdı. Bu gün biz artıq bu reallıqların şahidiyik.

Z.Baloq Azərbaycanla Macarıstanı tarixi dostluq əlaqələrinin birləşdirdiyini deyib. O, Azərbaycan və macar idmançılarının həmişə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiklərini diqqətə çatdırıb. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsinin təsadüfi olmadığını diqqətə çatdıran nazir “Bakı-2015" Avropa Oyunlarına hazırlaşan macar idmançılarının uğurlu nəticələr göstərəcəklərinə və medallarla geri dönəcəklərinə ümid etdiyini bildirib.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında