Çarlz HENDRİ: Avropa Oyunları Azərbaycanı yaxından tanımağa imkan verəcək

Birinci Avropa Oyunlarına hazırlıq tam sürətlə gedir və hesab edirəm ki, Oyunlar böyük uğurla keçəcək. Bunu Trend-ə Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə sabiq ticarət elçisi və keçmiş energetika və iqlim dəyişikliyi naziri Çarlz Hendri deyib.

Sabiq nazirin sözlərinə görə, bu, çox mühüm tədbirdir və onun keçirilməsinin məhz Azərbaycana həvalə edilməsi ölkə üçün böyük uğur və nailiyyətdir.

Ç.Hendri qeyd edib ki, Böyük Britaniya 2012-ci ildə Olimpiya Oyunlarını keçirdikdən sonra bu, bütün dünyanın Birləşmiş Krallıq haqqında ənənəvi təsəvvürünü dəyişdi: “İnsanlar fikirləşirdilər ki, Britaniya ciddi ənənələrin olduğu ölkədir, lakin Oyunlar zamanı qonaqlar gördülər ki, biz çox müasirik və Britaniya yüksək texnologiyalar ölkəsidir”.

O, diqqətə çatdırıb ki, ilk Avropa Oyunlarının keçirilməsi bura ilk dəfə gələnlərin Azərbaycanı yaxından tanımasına imkan verəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında