“Azərbaycan çox böyük inkişaf əldə edib”

İsveçrə parlamentindəki Azərbaycanla dostluq qrupunun rəhbəri Kristina Egersegi Obrist bu fikirdədir

İsveçrədə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə böyük əminlik yaranıb. Dövlət rəsmiləri və ictimai xadimlərin fikrincə, Azərbaycan iqtisadi qüdrətinə, sürətli inkişafına və beynəlxalq aləmdə getdikcə artan siyasi nüfuzuna görə indi bütün dünyanın diqqət mərkəzindədir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi sübut edir ki, beynəlxalq ictimaiyyətin bu ölkəyə inam və etimadı daha da artıb.

İsveçrə parlamentindəki Azərbaycanla dostluq qrupunun rəhbəri Kristina Egersegi Obrist bldirib ki, Azərbaycanın bu inkişafı ilk Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə böyük zəmin yaradıb. Bir müddət əvvəl Azərbaycana səfər etdiyini və burada gördüyü inkişafa heyran qaldığını bildirib. Dostluq qrupunun rəhbəri ölkəmizin sürətli inkişafından məmnunluqla söhbət açıb: “Azərbaycana ilk dəfə gəldiyim zaman orada cəmi bir böyük otel var idi. Amma indi baxın! Dünyanın bütün məşhur mehmanxana brendləri Bakıda fəaliyyət göstərirlər. Doğrudan da, çox böyük inkişaf əldə olunub. Bu ölkə ilə bizim münasibətlərimiz yüksək səviyyədədir”.

Bakıya son səfərindən böyük təəssüratlarla ayrıldığını deyən isveçrəli parlamentari Azərbaycanın zəngin dövlət olduğunu da bildirib. Deyib ki, Prezident cənab İlham Əliyev ölkənin çiçəklənməsi və xalqın rifahı üçün böyük işlər görür. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini ölkənin siyasi və iqtisadi qüdrətinin davamlı olması ilə əlaqələndirən deputat idmanın dostluq əlaqələrini möhkəmləndirməklə bərabər iqtisadi tərəqqiyə səbəb olduğunu da deyib: “ İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox gözəl ideyadır. Biz Bakıda Avropa Oyunlarının Təşkilat Komitəsini ziyarət etdik. Stadionları gördük. Əminəm ki, Avropa Oyunları yüksək səviyyədə keçəcək. Mən, həm İsveçrə, həm də Azərbaycan idmançılarına azarkeşlik edəcəyəm”.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında