Bakıda start ərəfəsində Dnepropetrovskda gümüş medal

Avropa Oyunlarına hazırlığı səylə davam etdirən Azərbaycan komandasının triatlonçusu Kseniya Levkovskaya Dnepropetrovskda Ukraynanın açıq çempionatında gümüş medal qazanmışdır.

Xəzər sahillərində qitəmizin ilk Oyunları ərəfəsində Dnepr sahillərində beynəlxalq səviyyəli turnirdə ikinci yer böyük müvəffəqiyyətdir. Güman etmək olar ki, bu uğur Kseniyanın öz qüvvə və imkanlarına inamını bir qədər də artıracaq.

Ukraynanın açıq çempionatının azərbaycanlı mükafatçısı Avropa Oyunlarında mübarizə aparacaq triatlon komandamızda yeganə qadın idmançıdır.

Kişi triatlonçularımız isə Oyunlarda iki nəfərlə yarışacaqlar. Bunlar Rostislav Pevtsov və Aleksandr Yatsenkodur.

“Bakı-2015"-də triatlon yarışları iyunun 13-14-də Bilgəh çimərliyində keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında