Hafize ŞAHİN: Türkiyəni ən yaxşı şəkildə təmsil etmək məqsədilə ilk Avropa Oyunlarına gedəcəyik

Türkiyə Güləş Federasiyasının birinci Avropa Oyunlarına göndərəcəyi 15 nəfərlik qadın güləşçidən ibarət qrup Ertuğrul Aydoğdunun başçılığı ilə təlim-məşq düşərgəsində olarkən,  “Milliyet” qəzetinin müxbirinə “Bakı - 2015”-lə bağlı müsahibə verib. Ertuğrul Aydoğdu güləşçilərinin “Bakı - 2015”- də dörd medal qazanacağına ümid etdiyini bildirərək deyib: Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.

Ümid edirəm ki, biz öz niyyətlərimizi doğruldacağıq. Lazım olan hər bir işi görəcəyik və öz idmançılarımızın arxasında duracağıq.

Qeyd edək ki, komanda üzvlərindən biri də, 2013-cü il Aralıq dənizi ölkələri Oyunlarında qızıl medal qazanmış xanım Hafize Şahindir. 2014-cü il Avropa Çempionatının gümüş medalçısı olan  Hafize Şahin isə “Milliyyet” qəzetinə müsahibəsində Bakıda medallar qazanmaq həvəsində olduqlarını söyləyib: “Türkiyəni ən yaxşı şəkildə təmsil etmək məqsədilə ilk Avropa Oyunlarına gedəcəyik və biz milli himnimizi səsləndirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bilirik ki, güləş döşəyi üzərində mübarizə apararkən 75 milyonluq xalq bizim arxamızdadır və qələbə qazanmağımız üçün dua edir”.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında