Azarkeşlərin sevimlisi

Qadın güləşində Azərbaycanın ilk dünya çempionu Mariya Stadnikə birinci Avropa Oyunlarının qızıl medalı da çox yaraşar. Axı o, 48 kq çəki dərəcəsində təkcə milli komandamızın deyil, dünya güləşinin liderlərindən biridir.

Demək, daim böyük qələbələrə iddialı olmaqda haqlıdır.

İndi, Oyunlara hazırlığın uzun müddətdir ki, davam edən gərgin təlim-məşq toplanışlarının finişə yaxınlaşdığı bir vaxtda Mariya “azerisport”dan olan həmkarlarımızla söhbətində qalib olmaq arzusunu gizlətməyib: “Biz Avropa Oyunlarına çox ciddi hazırlaşırıq, ideal formaya düşmək istəyirik. Oyunların Bakıda keçirilməsinin əhəmiyyətini başa düşürəm. Güləş komandamızın nümayəndəsi kimi qalib gəlmək istəyirəm. Bilirəm ki, çox güclü rəqiblərim var. Onlar da qalib olmaq istəyirlər. Lakin mən ümidləri doğruldacağıma inanıram”.

Pərəstişkarları da onların sevimlisi Mariyaya inanırlar. Çünki o, gözəl güləşir, xalça üzərində hər bir fəndi böyük həvəslə yerinə yetirir, yenilməz qələbə əzmi ilə mübarizə aparır. Gözəllik isə həmişə tamaşaçıda, ətrafdakılarda rəğbət hissi oyadır. Ona görə də hamının Stadniki daim baş rolda görmək  istəyi elə-belə istək deyil.

Altı il əvvəl, 2009-cu ildə Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatından sonra Azərbaycanda qadın güləşi tarixində ilk dünya çempionu adı daşımağa başlayan, iki Olimpiadanın mükafatçısı-Pekin-2008-in bürünc, London-2012-nin gümüş medallarının sahibi, Avropa çempionu, bir çox “Qran-pri”lərin qalibi Mariya Stadnik tarixdə ilk Avropa Oyunlarını yüksək əhval-ruhiyyə ilə qarşılayır. Bu Oyunların da qəhrəmanı olmaq, bəlkə də, onun özündən çox, saysız-hesabsız pərəstişkarlarının ürəyindən olar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında