Londonun Lord meri: Bu oyunlar Bakını turistlərin ən sevimli yeri edəcək

I Avropa Oyunları Bakını turistlərin ən sevimli yerinə çevrilməsinə kömək edəcək. Bunu Trend-ə Böyük Britaniyanın London şəhərinin Lord meri Alan Yarrou deyib.

Mer qeyd edib: “Bakıya gələndə təəccübləndim. Şəhər çox xoşuma gəldi. Bakı son 20 ildə çox dəyişib. Şəhərin ab-havası olduqca əladır və Bakının mənzərəsi çox xoşuma gəldi”.

Lord merin sözlərinə görə, Avropa Oyunlarının ümumilikdə Azərbaycana, xüsusilə də Bakıya nə verəcəyini anlamaq üçün 2012-ci il Olimpiya Oyunlarının Londona nə verdiyinə baxmaq kifayətdir: “London yenidən iri biznes mərkəzi kimi dirçəldi və turistlərin ən sevimli yeri oldu. Hesab edirəm ki, Bakını da eyni aqibət gözləyir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında